📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanı xaosa sürükləyəcək ssenari... – Rusiyadan şok iddia

2021-08-19 16:05:00

Ukraynanı xaosa sürükləyəcək ssenari... – Rusiyadan şok iddia

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Əfqanıstan ssenarisinin Ukraynada təkrarlana biləcəyini istisna etməyib.

HURRİYYET.az xəbər verir ki, o, “İzvestiya” qəzetinə müsahibəsində NATO-ya üz olmaq istəyən Ukrayna hökumətinin Qərb ölkələrinə təmkinlə xidmət etdiyini söyləyib.

“Bəs ABŞ-ın müttəfiqi statusuna malik olmuş devrilən Kabil rejimini xilas etmək mümkün oldumu? Bənzər bir vəziyyət neo-nasistlərin hakimiyyətə gələ biləcəyi Ukraynadakı Amerika tərəfdarlarını da gözləyir”, – Patruşev qeyd edib

Rusiya Təhlükəsizlik Şurasının katibinin iddiasına görə, müəyyən müddətdən sonra Ağ Ev hətta Kiyevdəki tərəfdarlarını tamamilə unuda bilər.