Ukraynanın 44 yaşayış məntəqəsi işğaldan azad edildi!
2022-07-15 08:00:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna ordusu Xerson vilayətinin ümumilikdə 44 yaşayış məntəqəsini işğaldan azad edib.
Bu barədə məlumatı dünən axşam Xersonun Vilayət Hərbi Administrasiyasının sədri vəzifəsini icra edən Dmitri Butriy verib: “Azad edilmiş ərazilər, yaşayış məntəqələri var. Baş Qərargahla razılaşdırılmış rəsmi məlumata istinadla bildirirəm ki, 44 yaşayış məntəqəsi azad edilib”.
Butriy bölgədəki vəziyyətin olduqca gərgin olduğunu da əlavə edib.
Hürr Tərcüman