📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanın 8 məntəqəsi azad edilib

2023-06-19 11:10:00

Ukraynanın 8 məntəqəsi azad edilib

Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda 8 yaşayış məntəqəsini işğaldan azad ediblər. Əks-hücum əməliyyatı davam edir. Bu barədə məlumatı Ukraynanın Müdafiə nazirinin müavini Anna Malyar verib.

O, Rusiya tərəfinin Ptaytixatki məntəqəsinin Ukraynanın nəzarətinə keçdiyi xəbərini də təsdiqləyib.

Malyarın mətbuata açıqlamasında Novodarovka, Levadnoye, Storojevoye, Makarovka, Blaqodatnoye, Lobkovoye, Neskuçnoye, Pyatixatki məntəqələrinin azad edildiklərini xəbər verib. O, Ukrayna ordusunun 7 km irləlilədiyini, azad edilmiş ərazinin 113 kv km sahəyə malik olduğunu söyləyib.

Hürr Tərcüman