📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır

2026-02-12 15:15:06

Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır

Ukrayna Silahlı Qüvvələrinin (UAH) nəhəng pilotsuz uçuş aparatlarının (PUA) zərbəsindən sonra Komi Respublikasındakı neft emalı zavodunda yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə regionun qubernatoru vəzifəsini icra edən Rostislav Qoldşteyn “Telegram”da məlumat verib.

Rusiyanın bu Arktika bölgəsinin rəhbərinin sözlərinə görə, Uxta şəhərində neft emalı zavodunda yanğın baş verib. "Təcili yardım xidmətləri hadisə yerində işləyir. İlkin məlumata görə, itki yoxdur", - deyə Qoldşteyn hücumun nəticələri barədə bildirib.

Arktika bölgəsinə ehtimal ki, "Lyutı" tipli ağır kamikaze dronları hücum edib. Ukraynanın Poltava və Çerniqov vilayətlərindən buraxılan dronlar təxminən iki min kilometr məsafə qət edib.

Uxta sakinləri 12 fevral səhəri bir sıra partlayışlar barədə məlumat veriblər. Həmçinin bir ticarət mərkəzinin boşaldılması və yanğın baş verməsi barədə də məlumatlar daxil olub.