📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanın bu şəhəri məhv oldu

2022-02-28 11:03:00

Ukraynanın bu şəhəri məhv oldu

Luqansk vilayətinin Şastya şəhəri ruslar tərəfindən 80% dağıdılıb, insanları evakuasiya etmək mümkün deyil, çünki avtobuslar “Qrad”larla atəşə tutulur.

Hurriyyet.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Biz insanları çıxara bilmərik, maşınlar “Qrad”larla vurulur. Mən BMT koordinatoru ilə danışdım və razılaşdıq ki, əgər onların imkanı varsa, o zaman təxliyə həyata keçiriləcək. Ruslar insanları çıxarmaq üçün bizimlə əlaqə saxlamırlar”, - Qayday bildirib.