Ukraynanın daha bir kəndi azad edildi – əks-hücum davam edir
2023-06-12 11:14:00
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Silahlı Qüvvələri Donetsk vilayətinin Storojevoy kəndirini işğaldan azad ediblər. Kənd 2022-ci ilin mart ayından bəri Rusiyanın nəzarəti altında idi. Odessanın dəniz piyadaları əks-hücum əməliyyatı ilə kəndi Ukraynanın nəzarətinə qaytarıblar.
Bu barədə açıqlamanı Ukraynanın Müdafiə nazirinin müavini Anna Malyar öz “Teleqram” səhifəsində verib.
Xəbər verdiyimiz kimi, dünən də Donetsk vilayətinin bir sıra yaşayış məntəqələri Ukrayna ordusu tərəfindən azad edilmişdi.
Hürr Tərcüman