Ukraynanın dron hücumu - Rusiyada yanğın başlandı
2024-03-06 12:05:41
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Ukraynadan edilən PUA hücumu nəticəsində Rusiya Federasiyasının Kursk vilayətində yanacaq sürtkü yağları materialları anbarında yanğın baş verib. Bu barədə qubernator Roman Starovoyt "Teleqram" şəbəkəsindəki kanalında məlumat verib. Açıqlamada deyilir: "Bu gün Jeleznoqorsk rayonuna dron hücumu nəticəsində yanacaq sürtkü yağları materialları anbarında yanğın baş verib. Yanacaqla dolu çən yanır. Zərərçəkən yoxdur. Hadisə yerinə operativ xidmət əməkdaşları yola düşüblər".
Hürr Tərcüman