📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanın əks-hücuma başlamaq üçün kifayət qədər silahı var - Kuleba

2023-06-05 22:23:00

Ukraynanın əks-hücuma başlamaq üçün kifayət qədər silahı var - Kuleba

Xarici işlər naziri Dmitri Kuleba deyib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlamaq üçün kifayət qədər silaha malikdir və bu əməliyyat ölkəyə NATO-ya daxil olmaq üçün lazım olan qələbəni verəcək.

Bu barədə o, "Reuters" agentliyinə müsahibəsində bildirib.

Nazir əlavə edib ki, Alyansa üzvlük yalnız aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkün olacaq.

Əks-hücumun başlayıb-başlamadığını soruşduqda Kuleba cavab verməyib. Bununla belə, o vurğulayıb ki, ən önəmlisi əks-hücumun nə vaxt başlaması deyil, onun ukraynalıların qələbəsi ilə başa çatmasıdır.

"Biz artıq lazım olan bütün silahları almışıq... NATO-ya üzvlük bu müharibəni dayandıra bilməz, lakin NATO-ya üzvlük gələcək müharibələri dayandıracaq. Ona görə də regionda təhlükəsizliyi təmin etməyin ən yaxşı yolu Ukraynanın NATO üzvü olacağı nöqtəyə gəlməkdir",- Kuleba bildirib. \\Redaktor.Az