📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanın Gəncəsi: Vinnitsada raketlə vurulan Lizanın cəmi 4 yaşı varmış. Anasının qopmuş ayağı uşağın cəsədinin yanına düşdü...

2022-07-14 23:47:00

Ukraynanın Gəncəsi:  Vinnitsada raketlə vurulan Lizanın cəmi 4 yaşı varmış. Anasının  qopmuş  ayağı uşağın cəsədinin yanına düşdü...

Cəbhə bölgəsindən uzaqda dinc sakinlərin, uşaqların raket hədəfinə çevrilməsi II Qarabağ müharibəsindən bəri Azərbaycan xalqına tanış dəst-xəttdir. Cəbhədə qəhrəmancasına vuruşaraq ölkəsini təcavüzdən qoruyan mərd əsgərlərin arxasından raket atıb mülki vətəndaşları və uşaqları hədəfə almaq nakişilərin “savaşmaq” üsuludur.

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, bu gün Ukraynanın Vinnitsa şəhərində Rusiyanın endirdiyi raket zərbələrindən həlak olan Yelizaveta adlı kiçik qızın cəmi 4 yaşı varmış. O, Rusiyanın qanadlı “Kalibr” raketi ilə vurulub. Lizanın anası 33 yaşlı dizayner və bloger İrina Dmitriyevna hələ körpəsinin ölümündən xəbərsizdir. Çünki qopmuş ayağı amputasiya olunub və huşsuz halda reanimasiyada yatır.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya hərbçilərinin Ukraynanın mərkəzindəki Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində azı 23 nəfər həlak olub, onların 3 nəfəri uşaqdır. 115 nəfər zərər çəkib, onlardan 64 nəfəri (o cümlədən 2 uşaq) yaralı vəziyyətdə xəstəxanadadır, yaralılardan 5 nəfərinin vəziyyəti ağırdır.

Zərbə nəticəsində ofislər yerləşən bina dağıdılıb, yaxınlıqdakı yaşayış binaları zərər çəkib. Raket zərbələrinin törətdiyi yanğın avtodayanacaqdakı 50 avtomobilin od tutmasına səbəb olub.

Hürr Tərcüman