📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyacı var" — YERMAK

2022-04-25 21:34:00

"Böyük Britaniya və ABŞ Ukraynanı Rusiya Federasiyası ilə müharibədə silahla təmin edəcək".

Bu barədə Ukrayna  Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

"Ukrayna müttəfiqlərdən daha çox silah alacaq. Böyük Britaniya bizə zenit raketləri üçün buraxılış qurğuları ilə təchiz edilmiş zirehli maşınlar verəcək. Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi Ukraynanı “Stinger” zenit sistemləri, “Javelin” zenit sistemləri və digər avadanlıqlarla təchiz edəcək.Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyacı var. \\Demokrat.az