Ukraynanın heç bir şəhərini vurmuruq – Rusiya MN
2022-02-24 09:30:00
Rusiya silahlı qüvvələri Ukraynanın heç bir şəhərinə aviasiya və ya artilleriya zərbələri endirmir.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Yüksək dəqiqlikli silahlar vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, hava hücumundan müdafiə vasitələri, hərbi aerodromları, aviasiyası sıradan çıxarlıır. Mülki əhaliyə qarşı təhlükə yoxdur”, - məlumatda qeyd olunub.