Ukraynanın iki silah anbarı məhv edildi - Rusiya
2022-04-19 12:25:00
Rusiya Hava Kosmik Qüvvələri “Toçka-U” taktiki raketlərinin döyüş başlıqlarının saxlandığı iki anbarı məhv edib.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.
“Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası Ukraynada 60 hərbi obyektə zərbələr endirib. Çervonaya Polyana və Balakleya yaşayış məntəqələri ərazilərində “Toçka-U” taktiki raketlərinin döyüş başlıqlarının saxlanıldığı iki anbar məhv edilib. Həmçinin Ukrayna ordusunun üç komanda məntəqəsi və canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 53 ərazi vurulub”, - Konaşenkov bildirib.