📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ukraynanın Kursk istiqamətində irəliləməsi dayandırıldı” – Gerasimov

2024-08-07 19:33:22

“Ukraynanın Kursk istiqamətində irəliləməsi dayandırıldı” – Gerasimov

“Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Kursk istiqamətində Rusiyanın dərinliklərinə doğru irəliləməsi dayandırılıb”.
Bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi, Baş Qərargah və FTX rəhbərləri ilə görüşdə məruzə edib.
“Sərhəd mühafizə bölmələrinin sərhəd naryadları və möhkəmləndirmə birləşmələri ilə birgə hərəkətləri, aviazərbələr, raket qoşunları və artilleriya atəşi nəticəsində düşmənin Kursk istiqamətində Rusiya Federasiyasının dərinliklərinə doğru irəliləyişinin qarşısı alınıb”. \\Yeniavaz.com