📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanın mərkəzinə hücum edən İran dronları məhv edildi

2023-01-26 13:08:00

Ukraynanın mərkəzinə hücum edən İran dronları məhv edildi

Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının “Feysbuk” səhifəsində verilən məlumatda yanvarın 26-na keçən gecə Rusiya qüvvələrinin Ukraynaya İran istehsalı olan “Şahed-136/131”  (Rusiya tərəfindən “Geran” adlandırılıb) kamikadze-dronları ilə hücum elədiyi bildirilir.

Açıqlamada deyilir: “Hücum edən 24 PUA-nın hamısı zenit-raket bölmələri, qırıcı aviasiya, Hava Qüvvələrinin mobil atəş qrupları, Ukrayanın Silahlı Qüvvələrinin digər hərbi hissələrinin HHM bölmələri tərəfindən məhv edilib”.

Kamikadze dronların böyük əksəriyyətinin ölkənin mərkəzində - “Mərkəz” hava komandanlığının xidmət zonasında məhv edildiyi bildirilir.

Hürr Tərcüman