Ukraynanın “Mi-8” helikopteri vuruldu
2022-03-28 23:09:00
Rusiya hərbi aviasiyası Ukraynanın Mariupol rayonu yaxınlığında “Mi-8” helikopterini vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
“Mariupol rayonunda Azov dənizi üzərində sahil xəttinin beş kilometrliyində öz tabeliyində olan "Azov" millibatalon komandirlərinin təcili evakuasiyası üçün göndərilən Mi-8 helikopteri vurulmuşdur", - deyə Konaşenkov brifinqdə bildirib. \\Manşet.az