📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanın Milli Qəhrəmanı, azərbaycanlı Vidadi İsrafilov da döyüşdədir

2022-02-26 21:12:00

Ukraynanın Milli Qəhrəmanı, azərbaycanlı Vidadi İsrafilov da döyüşdədir

Ukraynanın Milli Qəhrəmanı, azərbaycanlı Vidadi İsrafilov da hazırda döyüşdədir.Məşhur "Azov" taborunda döyüşən zabit Vidadi İsrafilov indi ən ağır hərbi əməliyyatların getdiyi bölgədədir. Əslən Şəkidən olan 55 yaşlı V.İsrafilov iki övlad atasıdır. O, 1999-cu ildən bəri Ukraynada yaşayır, Ukrayna vətəndaşıdır.V.İsrafilovun qızı Ukrayna DİN-nin Milli Akademiyasını, oğlu isə Kiyev Milli İnşaat və Memarlıq Akademiyasını başa vurub.Əvvəllər inşaat şirkətində işləmiş V.İsrafilov 2014-cü ildə könüllü olaraq "Azov" taburuna qoşulub.İndi o, Xerson istiqamətindəki döyüşlərdə iştirak edir.

 

 

Mənbə: Milli.az