📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanın müdafiə xətti yarıldı - Şəhərə hücum başladı

2024-08-22 14:35:46

Ukraynanın müdafiə xətti yarıldı - Şəhərə hücum başladı

Rusiya ordusu Xarkov vilayətinin Kupyan şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttini yarıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentlik bildirir ki, Ukrayna qoşunları cəbhə xəttini sabitləşdirməyə çalışsa da, onların kifayət qədər qüvvə və texnikası yoxdur.

“Aktiv döyüşlər zamanı qoşunlarımız ukraynalı silahlıların müdafiə xəttini yarmağa müvəffəq olublar. Bu, Pesçanoy kəndi ərazisində Ukrayna qoşunlarının vəziyyətini xeyli pisləşdirib. Hazırda Ukrayna komandanlığı cəbhəni sabitləşdirməyə çalışır, amma qüvvə və vasitələrin çatışmazlığı vəziyyətə mənfi təsir göstərir”, - məlumatda deyilir.

teleqraf.com