📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ukraynanın NATO-ya daxil olmasına imkan verməyin”-“Foreign Affairs”

2023-07-07 14:22:00

“Ukraynanın NATO-ya daxil olmasına imkan verməyin”-“Foreign Affairs”

ABŞ-ın “Foreign Affairs” nəşrində “Ukraynanın NATO-ya daxil olmasına imkan verməyin” başlıqlı yazı dərc olunub. Məqalənin müəllifləri Castin Loqan (Kato İnstitutunun müdafiə və xarici siyasət üzrə tədqiqatlar üzrə direktoru) və Coşua Şifrinson (Merilend Universitetinin İctimai Siyasət Məktəbinin beynəlxalq əlaqələr üzrə köməkçi professoru) iddia edirlər ki, Ukraynanın NATO-ya daxil olmasının xərclərinin faydalardan daha çoxdur.

“NATO liderləri çoxdan başa düşürlər ki, Ukraynanın qəbulu Rusiya ilə real müharibə (o cümlədən nüvə) ehtimalı ilə bağlıdır”, deyə müəlliflər yazırlar. Onlar Baydendən Ukraynanın NATO-ya qəbul edilməyəcəyini açıq deməyə çağırırlar.

"Ukraynanın alyansa daxil olması ilə bağlı risklərlə müqayisədə ABŞ üçün təhlükəsizlik mənafeyi zəifdir. Vilnüs sammitində və ondan sonra NATO liderləri bu faktları etiraf edib, Ukraynaya qapını bağlasaydılar müdrik davranmış olardılar", deyə məqalədə yazılır.

Amerikalı ekspertlər hesab edirlər ki, “Ukraynanın coğrafiyası NATO üzvlüyündən asılı olmayaraq onu Rusiyaya qarşı dayaq rolunu oynamağa məhkum edir”, lakin onun “qəhrəmancasına müqaviməti” göstərdi ki, “Ukraynanın NATO-da olmasına ehtiyac yoxdur”. Çünki əks halda NATO Rusiya ilə üz-üzə qalacaq.

Ülviyyə, Hurriyyet.az