Ukraynanın NATO-ya daxil olmasını əngəlləyən ölkələrin adı mətbuata sızdı - Onlardan biri Kiyevə ən çox silah verən dövlətdir
2023-07-10 14:22:00
Hurriyyet.az xəbər verir ki, “Bild” nəşri mənbələrə istinadla Ukrayna Prezidenti Vladimir Zelenskinin “Vilnüs sammitinin tribunasından onun Ukraynanın NATO-ya daxil olmasını tələb etmək çağırışı etməsinə imkan vermədikləri üçün ABŞ və Almaniyaya qarşı olduqca qəzəbli olduğunu” yazıb.
Nəşrin yazdığına görə, Ukraynanın NATO alyansına daxil olmasını dəstəkləyən ölkələr bunlardır: Baltika dövlətləri, Türkiyə, Polşa, Bolqarıstan, Rumıniya, İsveç və Fransa .
Xəbərdə deyilir ki, ABŞ ilə Almaniya Ukraynanın Şimali Atlantika Hərbi İttifaqının üzv olmasına qarşı çıxış edir, bu qərarın verilməsini əngəlləyir və bununla əlaqədar digər ölkələrə təzyiq göstərirlər.
Hürr Tərcüman.