📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanın “Novaya poçta” şirkəti: “Rusiya əsgərləri gedərkən unitazımızı oğurlayıblar” – tanış dəsti-xətt

2022-09-27 17:36:00

Ukraynanın “Novaya poçta” şirkəti: “Rusiya əsgərləri gedərkən unitazımızı oğurlayıblar” – tanış dəsti-xətt

 

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Xarkov vilayətinin şəhərlərinin azad edilməsindən sonra vətəndaşlar evlərinə və iş yerlərinə qayıtdıqları zaman (sənədlərin, yüklərin və baratların daşınması ilə məşğul olan) “Novaya Poçta” şirkətinin əməkdaşları şöbələrdən birində maraqlı bir quldurluq faktı ilə qarşılaşıblar. “Novaya Poçta” şirkətinin “Tvitter” səhifəsində faktla bağlı belə bir şəkilli yazı paylaşılıb: “Xarkov vilayətinin azad edilmiş şəhərlərinə qayıtdıq və şöbələrdən birində bu vəziyyəti gördük. Kim deyə bilər, işğalçı üçün ən böyük sərvət nədir?”

Şəkildə unitazın boş qalmış yeri təsvir edilib.

Xatırladaq ki, 2020-ci ilin payızında Vətən müharibəsi dövründə BBC-nin müxbiri möhlət verilmiş erməni işğalçılarının  Qarabağı tərk elədikləri zaman unitazları da daşıdıqlarını lentə çəkmişdi.

Hürr Tərcüman