📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ukraynanın PUA-lardan istifadə etməsindən narahatıq” - Fransa XİN

2021-10-29 20:54:00

“Ukraynanın PUA-lardan istifadə etməsindən narahatıq” - Fransa XİN

"Minsk razılaşması ilə qadağan olunmuş ağır silahlardan, xüsusən də Ukrayna ordusunun sərəncamında olan "Bayraqdar” PUA-ların istifadəsindən narahatıq”.

Bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

O, həmçinin bildirib ki, sözügedən ağırsilahlardan istifadə 27 iyul 2020-ci ildə qüvvəyə minmiş atəşkəsə ziddir.

Qeyd edək ki, Ukrayna ordusu 26 oktyabrda Donbasda ilk dəfə "Bayraqdar”dan istifadə edərək, düşmən mövqelərini məhv etmişdi. \\Azerforum