📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanın sabiq prezidenti Bakıya gəldi

2026-08-17 10:33:59

Ukraynanın sabiq prezidenti Bakıya gəldi

Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Bakıya gəlib.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Ukraynanın üçüncü prezidenti Viktor Yuşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” – deyə o, paylaşımında bildirib.

Qeyd edək ki, Viktor Yuşenko 2005-2010-cu illərdə Ukraynaya rəhbərlik edib.