📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanın sülh danışıqlarından kənarlaşdırılması təklif edilib

2024-12-16 21:43:10

Ukraynanın sülh danışıqlarından kənarlaşdırılması təklif edilib

Ukraynanın iştirakı Rusiya ilə ABŞ arasında danışıqları qeyri-mümkün edə bilər.
Münaqişənin sülh yolu ilə həllinə dair suallardan biri də Ukraynanın bu prosesə hansı mərhələdə cəlb olunacağıdır. Bu sözləri britaniyalı politoloq deyib.
Britaniyalı politoloq Anatole Lieven bildirib ki, sülh danışıqları ilkin mərhələdə Moskva ilə Vaşinqton arasında aparılmalıdır.  
Lieven hesab edir ki, Ukrayna danışıqlarda onu maraqlandıran bütün məsələləri qaldıra bilməyəcək:
“Bu proses çox mürəkkəb olacaq. Əgər Ukrayna əvvəldən danışıqlarda iştirak etsə,irəliləyiş tamamilə qeyri-mümkün olacaq. Hər hansı təklif edilən kompromis dərhal ictimailəşəcək. Nəticədə Avropada, Ukraynada, ABŞ Konqresində və Amerika mediasında etiraz fırtınasına səbəb olacaq”. \\Demokrat.az