Ukraynaya bir gecədə İranın 36 dronu hücum edib
2023-07-18 11:11:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna ordusunun “Cənub” Operativ komandanlığının verdiyi məlumata görə, iyulun 18-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Ukraynanın cənubunda Rusiyanın 6 ədəd “Kalibr” markalı qanadlı raketini (Odessa üzərində) və İran istehsalı olan 32 ədəd “Şahed” dronunu vurublar. Odessada raketlərin qalıqları limana və şəxsi evlərə zərər verib, bir nəfər dinc sakin yaralanıb.
Ümumilikdə, ötən gecə Ukrayna ərazisinə 36 dron hücumu olub.
Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Rusiyanın Ukraynanın cənub regionlarına hücum etməsinin səbəbinin Rusiyanın Ukrayna taxılının ixracına mane olmaq cəhdi ilə əlaqələndirib.
Hürr Tərcüman