Ukraynaya 223 milyon avroluq hərbi yardım olacaq
2026-02-13 16:03:04
Litva bu il Ukraynaya 223 milyon avroluq hərbi yardım göstərməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robertas Kaunas açıqlama yayıb.
"Litvanın Ukraynaya hərbi yardımının ümumi məbləği 1 milyard dollardan çoxdur. Cari il üçün 265 milyon dollar (223 milyon avro) ayırmışıq və bu vəsait üç prioritet sahəyə xərclənəcək", - deyə nazir qeyd edib.