Ukraynaya atılan raket körpünü partladıb, sərnişinlərin olduğu avtomobillər suya düşüb - DƏHŞƏTLİ VİDEO
2022-02-24 16:27:00
Rusiyanın Ukraynada hərbi əməliyyatlarının davam etdiyi dövrdə ölkədə dağıntılar və qurbanlarla bağlı yeni-yeni görüntülər yayılır.
Konkret.az “Voyna İstoriya Orujie” “Telegram” kanalına istinadən xəbər verir ki, budəfəki kadrlar Herson vilayətinin Qeniçesk şəhərindəndir.
Videoda Azov dənizi üzərindən keçən körpünün bir hissəsinin uçduğu görünür. Onun raket hücumu nəticəsində dağıldığı deyilir.
Görüntülərdə dənizin içində batan avtomobillər də əks olunub. Maşınların içərisində insanların olduğu vurğulanıb.
Konkret.az