📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynaya ballistik raketlərlə zərbələr endirilib, ölənlər və yaralananlar var

2026-08-11 12:16:44

Ukraynaya ballistik raketlərlə zərbələr endirilib, ölənlər və yaralananlar var

Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətinə endirdiyi raket zərbələri zamanı 5 mülki şəxs həlak olub, 20 nəfər yaralanıb.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, raket zərbələri nəticəsində Dnepropetrovsk vilayətində də 1 uşaq həlak olub, 2 nəfər xəsarət alıb.