Ukraynaya buna görə böyük yardım etmirik - Habek
2022-06-03 11:15:00
Almaniya Üçüncü Dünya müharibəsinin başlamasına səbəb olmamaq üçün Ukraynaya böyük yardım etmir.
Hurriyyet.az xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.
Nazirin sözlərinə görə, Almaniyanın Ukraynaya maksimum yardımı onun Rusiyaya qarşı bu müharibəyə girməsi demək olardı. Bu isə Üçüncü Dünya müharibəsinə qədər genişlənmə təhlükəsi yaradar.
“Biz müharibənin iştirakçısı olmaq istəmirik və olmamalıyıq - təkcə döyüş meydanında həlak olacaq əsgərlərimizin həyatından qorxduğumuz üçün deyil, həm də bu yolla qlobal müharibəyə yol açacağımız üçün”, - Habek bildirib.