📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynaya daha dörd "HIMARS" gətirilib - Reznikov

2022-10-12 16:55:00

Ukraynaya daha dörd

"Ukraynaya daha dörd "HIMARS" reaktiv yaylım atəşi sistemi gəlib".

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Tvitter” səhifəsində yazıb.

"Amerikalı tərəfdaşlarımızdan daha 4 "HIMARS" gəldi! Co Baydenə, Lloyd Ostinə və Amerika xalqına təşəkkür edirəm", - deyə o qeyd edib.

Oktyabrın 4-də ABŞ prezidenti Cozef Bayden Ukraynaya 625 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim etdiyini açıqlayıb. Xüsusilə, prezident Bayden Ukraynanı Rusiyanın təcavüzündən müdafiə etdiyi müddətdə ona dəstək verməyə davam edəcəyinə söz verib.

Aleksey Reznikov Aleksey Reznikov

Belə ki, ABŞ prezidentinin elan etdiyi təhlükəsizlik sahəsində yardım paketinə əlavə silahlar, o cümlədən "HIMARS" artilleriya sistemləri və döyüş sursatları, həmçinin zirehli maşınlar daxildir.

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində verdiyi məlumata görə, ukraynalı əsgərlər Rusiya ordusunun 7 yaşayış məntəqəsi ərazisinə hücumlarını dəf edib.

“Son 24 saat ərzində Müdafiə Qüvvələrinin bölmələri Nikolaevka, Soledar, Baxmutskoye, Baxmut, Mayorsk, Pervomayskoye və Krasnoqorovka yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib”,- məlumatda deyilir.

Baş Qərargah həmçinin vurğulayıb ki, Ukrayna aviasiyası gün ərzində on beş zərbə endirib. Silah və hərbi texnikanın cəmləşdiyi on üç ərazinin, həmçinin düşmənin iki hava hücumundan müdafiə sisteminin məhv edildiyi təsdiqlənib.

Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində düşməni geri çəkilməyə məcbur edir. Oktyabrın 9-na olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində 1170 kv. km ərazini işğaldan azad edib.

Ukrayna Silahlı Qüvvələrinin uğurlarına cavab olaraq Rusiya tələsik işğalçı alayını dərhal Xerson və Nikolayev vilayətlərində birinci sıraya keçirib. Düşmən əsgərləri ən yaxşı halda köhnə qoruyucu vasitələrlə təchiz olunub ki, bu da çoxsaylı itkilərə səbəb olur.

Baş Qərargah yeni alınan "HIMARS" artilleriya sistemlərinin onların uğurlarına daha artıq kömək edəcəyini xüsusi olaraq qeyd edib.

Bizimyol.info