📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynaya dəstək davam edəcək - Stoltenberq

2024-09-05 23:41:44

Ukraynaya dəstək davam edəcək - Stoltenberq

“NATO-nun gələcəkdə Ukraynaya dəstəyini davam etdirəcəyinə zəmanət vermək mümkün deyil, lakin bu, alyansın maraqlarına cavab verir”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Osloda çıxışı zamanı deyib.

“32 demokratik dövlətin adından danışanda heç kim heç nəyə zəmanət verə bilməz. Bununla belə, mən əminəm ki, dəstək davam edəcək”, - NATO nümayəndəsi bildirib.

Stoltenberqin fikrincə, Ukrayna münaqişəsinin nəticəsi Qərbin Kiyevə yardımını davam etdirib-etməyəcəyindən asılıdır. \\Ölkə.az