📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynaya dəstəyi mənəvi borc adlandırdı

2026-04-15 21:55:39

Ukraynaya dəstəyi mənəvi borc adlandırdı

İtaliya hər zaman Ukraynanı dəstəkləyəcək.

Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ukraynaya dəstək strateji zərurətdir.

"Ukraynaya dəstək bizim mənəvi borcumuz və strateji zərurətimizdir, çünki Avropanın təhlükəsizliyi də risk altındadır. Bu 4 il ərzində Avropanın və İtaliyanın mövqeyi həmişə dəyişməz olaraq qalıb. Biz Kiyevin, onun xalqının və institutlarının yanındayıq", - o deyib.