"Ukraynaya dizel yanacağının göndərilməsi dayandırıla bilər"- Fitso
2024-07-29 20:16:32
Ukrayna ərazisindən Rusiya neftinin nəqli bərpa olunmasa bu ölkəyə dizel yanacağının göndərilməsi dayandırılacaq.
Hurriyyet.az APA-ya istinadla xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib.
O deyib ki, ölkənin neft şirkəti olan “Slovnaft”a bununla bağlı müvafiq tapşırıq verilib.
R. Fitso həmçinin Avropa İttifaqının mövcud vəziyyətdən çıxması üçün Rusiya ilə münasibətlərə yenidən baxmalı olduğunu bildirib.