📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ukraynaya dron verirsiniz, biz də Bayraktar almaq istəyirik” – Kalın Ərdoğanla Putin arasındakı söhbəti açıqladı

2022-08-01 15:57:00

“Ukraynaya dron verirsiniz, biz də Bayraktar almaq istəyirik” – Kalın Ərdoğanla Putin arasındakı söhbəti açıqladı

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin mətuat katibi İbrahim Kalın ötən həftəsonu Kanal7 televiziyasına müsahibəsində cümə günü Soçidə keçirilmiş Ərdoğan-Putin görüşündən də danışıb, “Rusiyanın Türkiyəyə birgə SPUA (Silahlı Pilotsuz Uçuş Aparatı – red.) razılaşması təklifi oldumu?” sualına cavab verib.

Kalın deyib: “Əslində möhtərəm Putin bir az yarızarafat-yarıciddi şəkildə “Ukraynaya SPUA verirsiniz, bizə də verin, biz də Bayraktar almaq istəyirik” dedi. Liderlər arasında belə danışıqlar olur. Prezident Ərdoğan da cavabında gülümsədi. Burada öhdəlikdən-filandan söhbət getmir. Möhtərəm Putin də mövqeyimizi bilir. Biz Rusiyaya qarşı embarqo qoymuruq, münasibətlərimizi davam etdiririk. Digər tərəfdən də Ukraynanın özünümüdafiə hüququnu tanıyırıq. O mənada da Ukraynaya dəstək olmağa davam edirik. Lakin biz bunu müharibəni qızışdırmaq, uzatmaq, savaşa təhrik eləmək üçün deyil, tamamilə əksinə, onu bitirmək üçün edirik”.

Hürr Tərcüman