Ukraynaya gedən gəmi Türkiyə sahillərində batdı
2023-04-05 17:05:00
Türkiyənin xilasetmə xidmətləri Aralıq dənizində Ukraynanın İzmail limanına gedən ticarət gəmisinin 9 ekipaj üzvünü axtarır.
Hurriyyet.az xəbər verir ki, bu barədə TASS "Dəmirörən” agentliyinə istinadən məlumat yayıb.
Antalya vilayətinin qubernatoru Ersin Yazıçının sözlərinə görə, gəmidə 14 ekipaj üzvü olub, onlardan 5-i xilas edilib.
Türkiyə Sahil Mühafizəsinin açıqlamasında bildirilir ki, aprelin 5-də yerli vaxtla saat 03:47-də Kumluca şəhəri sahillərində İskəndərun-İzmail marşrutu ilə hərəkət edən Qvineya-Bisau bayraqlı gəmi batıb. Axtarış-xilasetmə əməliyyatına iki helikopter və Sahil Mühafizəsinin bir təyyarəsi cəlb olunub. Hadisə ilə bağlı Kumluca Baş Prokurorluğu araşdırma başladıb. (qaynarinfo)