Ukraynaya hücum edən İran dronları məhv edilib
2022-11-02 13:31:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, noyabrın 2-nə keçən gecə Ukranyanın HHM aviasiyası Kiyevi hədəfə alan 6 İran dronunu vurub. Çerkassk vilaytindən “Şahed” dronlarından biri infrastruktur obyektinin üzərinə düşüb. Zərərçəkən yoxdur.
Kiyev Şəhər Hərbi Administrasiyasının mətbuat xidmətinin açıqlamasında deyilir: “Paytaxtın girişindəki obyektləri qoruyan müdafiə edən hava hücumundan müdafiə bölmələri və qırıcı aviasiya qüvvələri tərəfindən bu gecə 6 “Şahed” dronu məhv edilib”.
Noyabrın 1-dən 2-nə keçən gecə ümumilikdə Ukrayna ərazilərinə hücum edən 13 “Shahed-136” kamikadze dronundan 12-nin məhv edildiyini xəbər verir.
Hürr Tərcüman