Ukraynaya hücum etməmişik - Lavrov
2022-03-10 14:20:00
Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik.
Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.
“Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”, - o bildirib.