📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynaya ordu yeridilməsi: Bizdən soruşan olmayıb!

2025-02-26 16:16:42

Ukraynaya ordu yeridilməsi: Bizdən soruşan olmayıb!

Rusiya Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsi ilə bağlı heç bir variantı nəzərdən keçirmir.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu barədə Moskvadan heç kim heç nə soruşmayıb”, - Lavrov vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp Ukraynaya sülhməramlı yerləşdirilməsinə Rusiyanın etiraz etmədiyini bildirib.

Axar.az