📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynaya raketlər Xəzər dənizindən atılıb - VİDEO

2022-10-10 16:19:00

Ukraynaya raketlər Xəzər dənizindən atılıb - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın oktyabrın 10-da səhər saatlarında dinc şəhərlərdə törətdiyi kütləvi terrorla bağlı məlumat paylaşıb. 

Hurriyyet.az xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar baş Qərargahın  məlumatlarına istinadən öz Teleqram kanalında xəbər verib.

“Bu gün saat 06:20-dən 11:15-dək Rusiya Federasiyası Xəzər dənizi regionundan və Nijni Novqoroddan Ukrayna ərazisinə, xüsusən də Kiyev, Lvov, Xmelnitski, Dnepr, Nijin, Jitomir, Xarkov, Priluki şəhərlərində raket və hava zərbələri endirib” - Malyar qeyd edib.

Oktyabrın 10-u saat 11:34-ə olan məlumata görə, atılan 83 raketdən 43-ü Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərəsizləşdirilib. 

Rusiya eyni zamanda müvəqqəti işğal olunmuş Krım və Belarus ərazisindən buraxılmış 17 ədəd “Shahed 136” kamikadze pilotsuz uçan aparatdan da istifadə ediblər. 

Olke.az