Ukraynaya Rusiyanı vurmaq üçün silah vermirik
2022-05-09 16:11:00
İtaliya Ukraynaya Rusiya torpaqlarına zərbə endirmək üçün yox, yalnız öz ərazi bütövlüyünü qorumaq üçün silah verir.
Hurriyyet.az xəbər verir ki, bu sözləri İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib.
"Biz Ukraynanı ərazisini bütövlüyünü qorumaq üçün dəstəkləyirik. İtaliya hər zaman dünyanın rifahı üçün işlər görməyə davam edəcək. Lakin biz Rusiya ərazisini vurmaq üçün Ukraynaya silah tədarük etmək barədə düşünmürük", - nazir deyib.