📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynaya silah tədarükü razılaşdırılmış qrafik üzrə davam edir - Marko Rubio

2025-07-10 23:02:42

Ukraynaya silah tədarükü razılaşdırılmış qrafik üzrə davam edir - Marko Rubio

ABŞ administrasiyası ilə Konqres arasında razılaşdırılmış qrafikə əsasən Ukraynaya Amerika silahlarının tədarükü ümumilikdə əvvəlki plana uyğun şəkildə davam edir.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

“Birləşmiş Ştatların Ukraynaya göstərdiyi hərbi yardımın böyük hissəsi heç vaxt tam olaraq dayandırılmayıb. Yardım əvvəlki qrafiklər əsasında ayrılır və bu proses davam edir”, – deyə o vurğulayıb. \\APA