📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynaya silah verilməsində fikir ayrılığı - “Pentaqonla Dövlət Departamentin mövqeyi fərqlidir”

2023-09-28 16:33:34

Ukraynaya silah verilməsində fikir ayrılığı - “Pentaqonla Dövlət Departamentin mövqeyi fərqlidir”

ABŞ Müdafiə Nazirliyi ilə Dövlət Departamentinin Ukraynaya bu və ya digər silahların verilməsində yanaşmaları üst-üstə düşmür.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ-ın “Politico” nəşri özünün hakimiyyətdəki mənbələrinə istinadla yazıb.

“Politico” yazır ki, Pentaqon bu məsələdə daha ehtiyatlı davranmağa çalışır: “Dövlət Departamenti imkanlara, Pentaqon isə təhlükəyə baxır. Pentaqon nümayəndələri deyirlər ki, onlar silah verilməsi zamanı bütün lehinə və əleyhinə olan məqamları nəzərdən keçirməlidirlər. Çünki son nəticədə məsuliyyət onların üzərindədir”.

Yazıda qeyd olunur ki, Dövlət Departamenti daha sürətlə qərarlar qəbul edilməsinə və silahların verilməsinə çalışır. Məsələn, bildirilir ki, Pentaqon bir ilə yaxın idi ki, ATACMS raketlərinin verilməsinin əleyhinə çıxırdı. Çünki ABŞ-ın özündə onların sayı o qədər də çox deyil. Yalnız ötən həftə ABŞ administrasiyası nəhayət, hərbçilərin müqavimətini qırarq, sözügedən raketlərin Ukraynaya veriləcəyi barədə qərar qəbul edə bilib.

“AzPolitika.info”