📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynaya sursat tədarükü davamlı deyil – NATO

2023-02-23 22:51:00

Ukraynaya sursat tədarükü davamlı deyil – NATO

NATO ölkələri Ukraynaya sursatların tədarükünün sabitliyini hələ də təmin edə bilməyiblər.

Hurriyyet.Az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Qərbin Ukraynaya sursat tədarükü davamlı deyil, çünki onların xərcləri xeyli çoxdur. Ukrayna münaqişəsi logistik döyüşə çevrilir. NATO Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcək, çünki Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı məğlub etməsinə icazə vermək olmaz. Bu, ukraynalılar üçün faciə, bizim üçün də təhlükəli olacaq", - Stoltenberq bildirib.