📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Un dəyirmanında faciə - Ölənlər var

2023-08-14 12:56:00

Un dəyirmanında faciə - Ölənlər var

Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfər ölüb.

Rayon prokurorluğundan  verilən məlumata görə, ilkin araşdırmalarla həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid  Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.