📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Un və çörəyin qiyməti niyə artır? - İQTİSADÇILARIN RƏYİ

2022-08-19 16:06:00

Un və çörəyin qiyməti niyə artır? - İQTİSADÇILARIN RƏYİ

COVİD-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində artım davam etməkdədir. Bu barədə Azərbaycanın iri un və çörək istehsalçılarının yaydığı birgə məlumatda bildirilir.

Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək", - deyə məlumatda qeyd olunub.

Azərbaycan taxıla olan daxili istehlakını yerli istehsal hesabına təmin edə bilərmi? Ölkəmizdə daxili tələbatın daha çox həcmdə yerli istehsal hesabına təmin olunması hədəflənsə də, hələlik idxaldan asılılıq yüksək səviyyədə qalmaqda davam edir.

Bəs görəsən Azərbaycanda suni un böhranı yaratmaqda kimlər maraqlıdır?

Mövzu ilə bağlı iqtisadçılarla həmsöhbət olduq. İqtisadçı Pərviz Heydərov deyir ki, nazirliyin qərarına əsasən bu artım gözlənilirdi: "Yanvarın 1-dən un və un məhsullarının qiyməti 2 dəfə artmışdı. Dünya bazarında da həmçinin qiymət artımı  gözlənilirdi. Hətta, mən deyərdim ki, payız aylarında yenidən qiymət artımı gözlənilir. Deməli, un və un məhsullarının taxıl ilə bağlı artımı bu il 2 dəfə baş verəcək. Deyilenler düzgün deyil.  Azərbaycanda un qıtlığı yoxdur. Hazırda ehtiyat baxımından hər şey qaydasındadır. Qiymət artımından sonra güman edirem ki, belə bir problemlər olmayacaq. Qiymət artımıyla əlaqəli bir vacib mövzunuda nəzərinizə çatdırım ki, taxıl aldığımız devlərlərdən biri də müharibə şəraitindədir".

Mütəxəssislərin rəyinə görə, son 15 gündə bir kisə unun qiyməti 8-10 faiz bahalaşıb. Taxıl biçinin yenicə başa çatdığı və yerli məhsulun bazar bol şəkildə çıxdığı bir vaxtda unun qiymətindəki bu artım nəylə bağlıdır?

Digər bir iqtisadçı Rəşad  Həsənovun fikrincə isə növbəti aylarda taxılın qiyməti aşağı düşə bilər: "Bəli, çörəyin qiyməti artıb. Zamanlama düzgün və doğru deyil. Ukrayna taxılının dünya bazarından çıxarılmasından sonra, əvvəl dünya bazarlarında taxılın qiyməti kəskin uzlaşması olsada, hazırda optimallaşma gedir. Əvvəl ki illə müqayisədə  8%  ucuzlaşma var. Taxıl mövsümüdür. Hazırda əksər istehsalçılar öz məhsullarını bazara çıxardırlar. Ehtimal olunur ki, növbəti aylarda taxılın qiyməti aşağı düşə bilər. Düzdür, qiymət artımı baş verir. Bəs aşağı nə vaxt düşəcək?...Görəsən, qiymətin aşağı düşməsi yolunda hansısa tədbirlər görülürmü?...".

Qeyd edək ki, Prezident İlham Əliyev Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də qeyd edib ki, ölkəmizdə heç bir ərzaq qıtlığından söhbət gedə bilməz. Dünyada gedən iqtisadi böhranlar fonunda Azərbaycan dövləti ciddi təhlükəsizlik tədbirləri görüb və kifayət qədər ehtiyatımız və məhsuldarlığımız mövcuddur.

Jalə FAMİLQIZI,

Hurriyyet.az