Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
2026-08-24 20:17:12
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.
Hurriyyet.media xəbər verir ki, artıq 7727-yə göndərilən mesajlara cavab gəlməyə başlayıb.
***
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub:
“İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib”.