UNRWA: Qəzzada yüz minlərlə insan adekvat sığınacaq, qida, dərman və təmiz sudan məhrumdur
UNRWA-nın X hesabından Qəzza zolağında humanitar vəziyyətlə bağlı açıqlama verilib.
Yazıda Qəzzada yüz minlərlə insanın hələ də lazımi sığınacaq, qida, dərman və təmiz sudan məhrum olduğu, Qəzzada zibillərin yığılmağa davam etdiyi, zibil atılması və çirkab suların təmizlənməsi proseslərinin çox məhdud olduğu bildirilib.
Hürriyyət.az xəbər verir ki, UNRWA-nın başqa bir yazısında Qəzzada ailələrin zibil yığınları və kanalizasiya tullantıları arasında yaşadığı, yayın dözülməz istisində gigiyena şəraitinin pis olduğu bildirilib.
Qəzza zolağına humanitar yardımların girişini əngəlləyən və bölgəni mühasirəyə alan İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlarda ən azı 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 834 fələstinli həyatını itirib, 86 min 858 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.