Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI
2026-08-21 16:12:15
Ünvanlı dövlət sosial yardımlarının bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.