📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Uqandanın Azərbaycandakı səfiri İranda öldü - Naməlum səbəbdən

2023-08-21 11:37:36

Uqandanın Azərbaycandakı səfiri İranda öldü - Naməlum səbəbdən

Uqandanın Azərbaycandakı səfiri, bu Afrika ölkəsini həm də Əfqanıstan, Ermənistan, İraq, Qırğızıstan, Pakistan, Fələstin, Tacikistan, Türkmənistan, İraq və İranda rezident kimi təmsil edən Məhəmməd Tezikuba Kisambira İranda naməlum xəstəlikdən dünyasını dəyişib.

Hurriyyet.az xəbər verir ki, onun cənazəsi vətəninə aparılıb və mərhum doğulduğu kənddə dəfn edilib.

Uqanda mətbuatı xəbər verir ki, Prezident Yoveri Museveni Tezikuba Kisambiranı 2020-ci ildə İrana daimi səfir təyin etmişdi. Uqandanın maliyyə imkanları bir çox ölkələrdə səfirlik açmağa imkan vermədiyindən, İrandakı səfir ölkəsini Azərbaycan da daxil olmaqla, yuxarıda qeyd olunan ölkələrdə də təmsil edib.

Bildirilir ki, diplomat avqustun 4-də İranda naməlum xəstəlikdən dünyasını dəyişib. Onun nəşi avqustun 15-də təyyarə ilə vətəninə göndərilib. Səfirin dəfn mərasimi avqustun 19-da Bulapa kəndində olub. Mərasimdə Uqanda Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən bu ölkənin Rusiya, Almaniya, Sudan və Səudiyyə Ərəbistanındakı səfirləri iştirak ediblər.

Uqandanın Xarici İşlər üzrə Dövlət Naziri Okello Oryema səfirin naməlum xəstəliyə tutulduğunu və bir neçə gün xəstəliklə mübarizə apardıqdan sonra dünyasını dəyişdiyini bildirib.

 

Mənbə: publika.az