📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - Video

2026-10-16 11:09:17

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - Video

Xəbər verdiyimiz kimi, ötən il ürək transplantasiyası  edilən Tovuz sakini 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev  vəfat edib.

Hurriyyet.net  xəbər verir ki, onun anası Fəridə Hüseynova hadisə barədə danışıb.

“Yolda su içmək istəyib. Deyəsən təzyiqi qalxıb. Yıxılıb başı betona dəyib. Rəşadın ürəyində heç bir problem olmayıb. Şəkəri, təzyiqi var idi. Əcəl onu başqa şeydən apardı. Ürəyi gül kimi idi”, - deyə o əlavə edib.

Əmisi isə bildirib ki, Bakıda əməliyyatın il dönümün qeyd edəcəkdilər:

“Təəssüflər olsun ki, yetişə bilmədi. Bizim üçün çox böyük itkidir. Arzularımız çox idi, Rəşad yarımçıq qoydu. Hərbi xidmətdə də olmuşdu. Xəstəliklə əlaqədar yarımçıq təxris olunmuşdu”.

Daha ətraflı “Baku TV”nin süjetində: