📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Urmiya gölünün qurudulmasında məqsəd azərbaycanlıları sıxışdırmaqdır-azərbaycanlı alimdən AÇIQLAMA

2023-06-08 10:31:00

Urmiya gölünün qurudulmasında məqsəd azərbaycanlıları sıxışdırmaqdır-azərbaycanlı alimdən AÇIQLAMA

“İranın Urmiya gölünü qurutması siyasi məsələyə çevrilib və məqsəd azərbaycanlıları sıxışdırmaqdır”. Bu sözləri Təbriz Araşdırma İnstitutunun (TEBAREN) rəhbəri, Ankara Universitetinin müəllimi, türkoloq Məmmədrza Heyət səsləndirib.

“Urmiya gölünün qurudulması da ciddi ekoloji problemlər yaradır. Belə davam edərsə, gölün ətrafındakı ərazilər yaşayış üçün yararsız hala düşəcək”, deyə, o, iyunun 7-də “Güney Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” mövzusunda keçirilən dəyirmi masada əlavə edib.

Ülviyyə, Hurriyyet.az